Türkiyədə sel və tufan - Ölü və yaralılar var

Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, sel və tufan ölkə daxilində binalara və qeyri-yaşayış obyektlərinə zərər vurub.
Müxtəlif hadisələr nəticəsində 2 nəfərin öldüyü, 10 nəfərin yaralandığı qeyd olunub.