“Qızının toy günü oğlu qəzada öldü, toyu saxlamadı”

Image

“Mən hələ uşaq idim, Əfsər Cavanşirovun “Bənövşə” uşaq xorunda oxuyurdum. Nisə xanım Qasımova Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var, çox istəyirəm ki, o, bu ansambla gəlsin. Mən gəldim, səhnəyə çıxıb oxuyanda ağlamağa başladım. Ceyran müəllim dedi ki, niyə ağlayırsan? Qarşımda o qədər böyük sənətkar var idi ki, utandığımdan ağlayırdım. Qorxurdum. Həm də bu mənim daxili abır-həyam idi. Öz-özümə deyirdim ki, Firuzə, özünü yığışdır, yaxşı oxu. Müğənnilərin sayı artsa da, mahnıların keyfiyyəti azalıb. Mənə elə gəlir ki, yaxın 10 ildə hamı retro mahnılar oxuyacaq. Bu gün nədənsə müğənninin səhnə həyatı yox, səhnəarxası həyatı hamıya maraqlıdır”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.

O daha sonra əlavə edib:

“Deməzdim ki, çox böyük sənətim var. Özümə görə balaca da olsa, sənətim var. O illərdə bir müddət sənətdən uzaqlaşdım. Çox böyük sənətkarlarımız mənə zəng edirdilər ki, sənətə qayıt. Bir çoxları elə bilirdi ki, Azərbaycandan köçmüşəm, burada yoxam. Mən sənətsiz qala bilməzdim. İlhamə Quliyeva ağır günlərimdə mənə bir bacı kimi dəstək olub. Onun yeri görünür. Bəzən deyirlər ki, İlhamə xanımdan hamı qorxurdu. Mən belə deməzdim. O qorxunun özündə də bir hörmət olur. İlhamə xanım olduqca gözəl insan idi, xarakteri var idi”.

Müğənni toylarla bağlı efiraf da edib.

“Uzun illərdir toylara gedirik. Elə hallar olub ki, problemlərimə görə toyda üzüm gülməyib. Mahnı oxumuşam, gözümdən leysan axıb. Sonra öz-özümə düşünmüşəm ki, toy ömürdə bir dəfə olur. Mənim ixtiyarım yoxdur ki, kiminsə toyunda sifət edib oturum. Tez özümü yığışdırmışam. Ansamblın uşaqları da, Cavanşir müəllim də mənə dəstək olub” – o bildirib.

Firuzə İbadova daha sonra bir faktı da açıqlayıb:

“Rəşid Behbudov Azərbaycan musiqisinin səfiri idi. Mahnı teatrı ilə birlikdə qastrol səfərlərinə gedəndə hamı Rəşid müəllimi böyük heyranlıqla izləyirdi. Sənətkarlar bizim tariximizdir. Bizim musiqimiz də valehedicidir. Bizim xəzinəmizdir. Xuraman Abbasova adlı Sosialist Əməyi qəhrəmanı var idi. Allah ona rəhmət etsin. O vaxt hamı bu qadının iradəsindən danışıb onu misal çəkirdi. Qızının toyu olan günü oğlu qəzada həlak oldu. Həmin qadın o toyu saxlamayıb. Deyib ki, aparın oğlumu qoyun həyətə, toyu yola verəndən sonra onun dəfninə başlayacağıq. Ananın ürəyinə baxın. Azərbaycanın igid anası budur. Xuraman xanım Qarabağlı qızı idi. Görün o milli dəyərlərimizə nə qədər sahib çıxmağı bacarırdı” – deyə müğənni bildirib.

 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728