Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

Fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında inamla addımlayır.
Ölkəmizin maraqlarına, iradəsinə hörmətlə yanaşılır. Əlbəttə ki, dünyanın Azərbaycana olan bu marağı təkcə resurlarının zənginliyi ilə deyil, bu münasibət, həm də beynəlxalq münasibətlər sistemində özünü təsdiq etmiş böyük Liderinin bacarığından irəli gəlir. Bu gün dünyada baş verən mürəkkəb proseslər fonunda ölkə maraqlarını ən üst səviyyədə qoruyan, böyük siyasi məktəb görmüş cənab İlham Əliyevin yürütdüyü siyasət vətəndaş olaraq hər birimizi qürurlandırır. Lakin, bu gün ölkəmizin inkişafına qısqanclıqla yanaşan, qərəzli, ikiüzlü siyasət yürüdən beynəlxalq qurumlar, dövlətlər və onların rəhbərləri də vardır. Əlbəttə ki, bu sırada öncül olan Fransa prezidentidir ki, onun demək olar hər çıxışında çıxışında xalqımıza və ölkəmizə qarşı son dərəcə qərəzli mövqeyini görürük. Açıq deməliyik ki, erməni lobbisinin təsirində olan Fransa hökumətinin və Makronun mövqeyi ölkəmiz üçün heç də yeni deyil. Lakin təsadüfi olan bu “liderin” davamlı olaraq qərəzli münasibət sərgiləməsi, hər addımda Azərbaycanı təcavüzkar ölkə olaraq tanıtması yolverilməzdir. Bir müddət öncəyə qədər özünü Azərbaycanın Ermənistanla sülh danışıqlarının mərkəzində görən Fransanın bu günki mövqeyi siyasi səbatsızlıq, bir sözlə özünü beynəlxalq birliyə güldürməkdir.
Cənab Prezident Makrondan fərqli olaraq qarşı tərəfə layiq olduğu cavabı mükəmməl, əsl siyasətçi kimi, faktlarla, sübutlarla verib, verir və verəcəkdir. Məhz bu qərəzli münasibət, Ermənistanı ölümcül silahlarla silahlandırmaq cəhdləri aparılan sülh danışıqlarına ciddi zərər vurur. İtirən isə heç şübhəsiz Ermənistan olacaqdır. Əvvəl-axır rəsmi İrəvan anlamalıdır ki, region ölkəsi olmayan Fransanın bu qədər yaxından proseslərə cəlb edilməsi yaxşı heç nə vəd etmir. Bu ölkə ancaq və ancaq öz maraqlarını güdməklə Ermənistanı məhvə sürükləyir. Bu günlərdə NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri çərçivəsində səsləndirdiyi fikirlər, cənab Prezident İlham Əliyevin dəqiq tezislərlə çıxışı onun göstərir ki, Azərbaycan təkrar müharibə istəmir. Biz sülhsevər ölkə olduğumuzu düz 30 il öncə nümayiş etdirmişik.
Məmmədbağır Əliyev;
Neftçala rayonu, Şəhid atası