Hakan Fidan Barselonaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabın 26-27-də İspaniyanın Barselona şəhərində olacaq.
Bu barədə TRT məlumat yayıb.
O, Aralıq dənizi üçün Birlik VIII Regional Forumunda iştirak edəcək. Tədbirin gündəmində Qəzzadakı humanitar böhran və regiondakı vəziyyət yer alacaq.