Ermənistanda qızılcaya yoluxanların sayı 500-ə çatdı

Ermənistanda qızılcaya yoluxanların sayı 500 nəfərə çatıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 354-ü uşaqdır.
"Yalnız 1 nəfər xəstəxanaya yerləşdirilib", - deyə məlumatda qeyd olunub.