La Liqa: “Sevilya” səfərdə məğlub oldu, Ramos və Navas qırmızı vərəqə aldı

La Liqanın XIV turunda “Sevilya” səfərdə “Real Sosyedad”ın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
Hesab 3-cü dəqiqədə M.Dmitroviçin avtoqolu açıb. İlk hissədə U.Sadiqin qolu ilə “Real Sosyedad” hesabı 2:0-a çatdırıb. Qarşılaşmanın ikinci hissəsində “Sevilya” Y.En-Nesrinin qolu ilə (60-cı dəqiqə) hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Oyunun 88-ci dəqiqəsində “Sevilya”nın heyətində S.Ramos və J.Navas qırmızı vərəqə alıblar.
Qələbə sayəsində “Real Sosyedad” 25 xalla beşinci pilləyə yüksəlib.
“Sevilya” isə 12 xalla 15-ci pillədə qərarlaşıb.