Bayden yenidən Netanyahu ilə danışdı

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub.
Bayden gənc amerikalı qız da daxil olmaqla, HƏMAS-ın son üç gündə girovları azad etməsini alqışlayıb.
İki lider, həmçinin döyüşlərdə fasilə və Qəzzaya çox ehtiyac duyulan əlavə humanitar yardımın artımını müzakirə ediblər.