“Brent” neftinin qiyməti ucuzlaşmaqda davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0,08% azalaraq 1 barelə görə 79,81 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,12% azalaraq 74,77 dollar olub