Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib

Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", nazir qeyd edib.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda rəsmi səfərdədir.
Aşqabadda #Azərbaycan-#Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasını keçirdik. Ölkələrimizin #iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin #sənaye, ticarət, #KOB, energetika, nəqliyyat, #kəndtəsərrüfatı və digər sahələrdə əməkdaşlığın… pic.twitter.com/gw4WNCeqFV
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2023