MİT PKK-nın daha bir "rəhbər şəxs"ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
"TRT Haber" xəbər verir ki, əməliyyat İraqın şimalındakı Süleymaniyyə yaşayış məntəqəsində gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "xəracyığan" və "əməkdaş" cəlb edən Gülsüme Doğan zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.