Hakan Fidan Stoltenberqlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində Alyansın baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.