Bakıda yeniyetmə bıçaqlanıb

Bakının Nərimanov rayonunda dava zamanı 16 yaşlı oğlan bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Elton Məmməd oğlu Məmmədzadə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.