Qriqoryan Papuaşvili ilə Azərbaycanla sülh müqaviləsini müzakirə etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.
Görüş Qriqoryanın Gürcüstana səfəri çərçivəsində paytaxt Tbilisidə baş tutub.
Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini müzakirə ediblər.
Papuaşvili Gürcüstanın regionda sülhün bərqərar olmasına hazır olduğunu bildirib.
Armen Qriqoryan onu Avropa Komissiyasının Gürcüstanın Aİ-yə üzvlüyünə verdiyi müsbət qiymətə görə təbrik edib.