Qəzzadan təxliyə olunan 110 nəfər Türkiyəyə çatdırılıb

Qəzza zolağından təxliyə olunan 110 nəfəri daşıyan təyyarə Türkiyəyə eniş edib.
Bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, Milli Müdafiə Nazirliyinə məxsus təyyarə Etimesqut hərbi aeroportuna təhlükəsiz eniş edib.
El-Arişdən havaya qalxan təyyarədəki 110 nəfərdən 61-i xəstə, 49-u isə onların müşayiətçiləri olub. Xəstələr müalicə müəssisələrinə çatdırılıb.