Müharibədən sonra 13 000-dən çox mina aşkarlanıb

Müharibədən sonra 10 000-dən çox piyada əleyhinə, 3000-dən çox tank əleyhinə mina aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov bildirib.
O qeyd edib ki, antiterror tədbirlərindən sonra işğaldan azad edilən ərazilərdə evlərdən, təsərrüfat sahələrindən xeyli sayda silah və hərbi sursatlar aşkarlanıb.