Makron Buratino kimidir - Azərbaycan Fransada insan haqlarından niyə narahatdır...

Image

Fransanın Azərbaycana qarşı yürütdüyü qərəzli siyasət və ölkəmizin bu təzyiqlərə verdiyi layiqli cavablar hətta dünyanın aparıcı media resurslarının da diqqətini cəlb edib.

BBC kimi tanınmış media resursu bu mövzuya aid  “Makron Buratino rolunda və ya Azərbaycan Fransada insan haqlarından niyə narahatdır?” başlıqlı  geniş məqalə dərc edib. Məqalədə qeyd edilir ki, Fransada islamafobiya, irqçilik, imperializmin olduğunu Azərbaycan ifşa edir: “Bakıdan olan jurnalistlər iğtişaşları işıqlandırmaq üçün Parisə gedirlər. Prezident Əliyev Fransanın keçmiş müstəmləkələrindən olan insanları başına toplayır və onlar zülmdən danışırlar. Bir çox sadə azərbaycanlı isə Fransanı sevmir. Niyə belə oldu? Gəlin bunu anlamağa çalışaq.

Ötən həftəsonu Azərbaycanda Fransa müstəmləkəçiliyinə və “onun xarici ərazilərində insan hüquqlarının pozulmasına” həsr olunmuş konfrans keçirilib. Orada Fransanın dənizaşırı regionlarından - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından və başqalarından milli hərəkatların nümayəndələri iştirak edib. Qviana nümayəndəsi Fransanın məktəblərdə fransız dilində tədris vasitəsilə öz sakinlərini necə assimilyasiya etməyə çalışdığını təsvir edib. Hökumətyönlü mətbuat bu mövzuda yazır ki, Fransa təkcə müstəmləkə ölkəsi deyil, həm də Cənubi Qafqaza “yelkənlərini açmağa” çalışır.

Fakt budur ki, Fransa Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyir. Ankara 2020-ci il müharibəsində Azərbaycanın müdafiəsinə qalxdı və onu silahla təmin etdi. Eyni zamanda Fransada ermənilərin müdafiəsi üçün məktublar və qətnamələr imzalanırdı”.

Məqalədə Parisin meri Ann Hidalqonun Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq üçün şəxsən Ermənistana gəldiyi qeyd edilir:

“Fransa prezidenti Emmanuel Makron 2020-ci il müharibəsinin qızğın vaxtında “Azərbaycan əleyhinə ən sərt bəyanatlar verməklə” regiondakı vəziyyəti daha da pisləşdirdi.

Bundan əlavə, ekspertin fikrincə, Fransa Senatının həmin müharibə zamanı qəbul etdiyi qətnamə Qarabağ ermənilərinin vəziyyətinin yaxşılaşmasına kömək etmədi, çünki Fransanın özü də daxil olmaqla, özünü müstəqil elan etmiş “respublika”nın müstəqilliyini heç bir ölkə tanımayıb.

2022-ci ildə Fransa Senatı Azərbaycan qoşunlarının Ermənistan ərazisindən (sərhəd toqquşmaları nəticəsində daxil olduqları) çıxarılmasını və Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamənin lehinə, demək olar ki, yekdilliklə səs verib.

Və bu yaxınlarda Fransa Ermənistana silah tədarük edəcəyini açıqladı. Bakıda olan mətbuat bunu açıq-aşkar düşmənçilik hərəkətləri kimi qəbul edir”.

Məqalədə həmçinin qeyd edilir ki, bu  yay Fransada Əlcəzair əsilli yeniyetmənin fransız polisi tərəfindən öldürülməsi ilə bağlı etirazlar olub:

“Aksiya iştirakçıları gözlənilmədən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəstəklənib və tezliklə Azərbaycan dövlət televiziyasının jurnalistləri Fransaya getdilər və orada yerli quldurlar tərəfindən qarət olundular”.

Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransda ən çox haqqında tənqid səslənən ölkənin Fransa olması heç də təsadüfi deyil. Bu təkcə ona görə baş vermir ki, həmin Fransa  Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlərin önündə gedir. Məsələ  burasındadır ki, neokolonializmin ən mənfur formalarını reallaşdıran, milli azlıqların hüquqlarını kobudcasına tapdalayan, irqçiliklə islamofobiyanın ən çox tüğyan etdiyi ölkələrin başında da elə Fransa gəlir.

Məhz bu məqamlara görə də mövzu artıq dünyanın aparıcı media resurslarının da diqqətini cəlb edir.

Məhəmmədəli QƏRİBLİ







SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728