İsrail Qəzza məscidində raket zavodu aşkar etdi

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərindəki məsciddə raket zavodu aşkar edib.
Bu barədə Qüvvələrin sözçüsü Daniel Haqari məlumat verib.
O, HƏMAS-ın məsciddən silah fabriki və tunel girişi kimi istifadə etdiyini əlavə edib.
"Zeytun bölgəsindəki məscid silah istehsalı üçün laboratoriya kimi istifadə olunur", - Haqari vurğulayıb.