Çində fabrikdə yanğın - 7 nəfər öldü

Çinin şərqində tekstil fabrikində baş verən yanğında 7 nəfər ölüb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Vusi şəhərində (Şərqi Tsyansu əyaləti) baş verib. Yanğın söndürülüb.
Axtarış-xilasetmə əməliyyatlarının sonunda yanğın yerində 7 nəfərin cəsədi tapılıb. Yanğının səbəbi barədə məlumat verilməyib.