Avroittifaqın İrəvandakı Mülki Missiyasında Kanadanın nə işi var...

Image

Ceyhun Məmmədov: “Kanadanın aşırı ermənipərəst mövqedən çıxış etməsini anlamaq mümkün deyil”

Ermənistanda səfərdə olan Kanada xarici işlər naziri Melani Colini Cermuka səfər edib. Kanadanın xarici işlər naziri səfərinə Avropa İttifaqının müşahidəçilər missiyasının Cermukdakı ofisinə baş çəkməklə başlayıb.

“Kanadanın da qoşulduğu Avropa İttifaqı missiyasının həyata keçirdiyi işlər haqqında daha çox öyrənmək üçün Cermukda olmaqdan məmnunam. Kanada bu missiyaya qoşulan ilk Aİ üzvü olmayan ölkə olacaq. Ona görə də biz logistika məsələlərini, həm regionda humanitar problemlərin həlli, həm də sülh və sabitliyin təmin olunması baxımından bu mühüm missiyaya necə inteqrasiya edə biləcəyimizi müzakirə edəcəyik”, - Coli Aİ müşahidəçiləri ilə görüşdə deyib.

Kanadanın xarici işlər naziri Cermuka səfəri zamanı həmçinin döyüş mövqelərinə baş çəkəcək və Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüşəcək.

Maraqlıdır, Kanadanın bölgəmizdə nə işi var və niyə belə canfəşanlıq edir? Avroittifaqın Ermənistandakı Mülki Missiyasında Kanadanın nə işi var?

  • “Bu cür təxribatların, regiona daxil olmaq cəhdlərinin heç bir nəticəsi olmayacaq”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Ceyhun Məmmədovun fikrincə, Kanada bununla ermənipərəst mövqedən çıxış edir: “Təəssüflər olsun ki, bu belədir. Proseslərin gedişi göstərir ki, sanki Azərbaycana qarşı düşmənçiliyin də, nifrətin də artmasında, ölkəmizə qarşı çirkin kampaniyanın aparıılmasında bir sıra dövlətlər yarışa girib. Bir sıra Avropa dövlətlərinin Fransa başda olmaqla bu prosesdə iştirak etməsi bizə məlum idi. Təəssüflər olsun ki, Kanada da ölkəmizə yönəlik kampaniyaya qoşulub. Bütün bunlar onu göstərir ki, kollektiv formada ölkəmizi hədəf alırlar. Söhbət Azərbaycana qarşı təxribatlardan gedir. Kanada rəhbərliyi yaxşı olardı ki, xəritəni qarşısına qoyub Qarabağın kimə məxsus olduğuna baxsın. Bu ölkə nə haqla bizim daxili işimizə qarışır? Kanadanın bu məsələdə aşırı ermənipərəst mövqedən çıxış etməsini anlamaq mümkün deyil. O mənada ki, beynəlxalq hüquqdan, ədalətdən danışan bu dövlətlər Azərbaycana qarşı aqressiyalarını və təxribatlarını davam etdirirlər. Üstəlik, get-gedə bu proses böyüyür və bura yeni dövlətlər qoşulur. Kanada bilməlidir ki, erməni lobbisinin yedəyində getməklə nəyəsə nail ola bulməyəcək. Bu cür təxribatların, regiona daxil olmaq cəhdlərinin heç bir nəticəsi olmayacaq. Çünki bu təxribat cəhdlərinin heç bir hüquqi əsası yoxdur. Məsələ ondadır ki, Qarabağda etnik təmizləmədən söhbət belə gedə bilməz. Kimsə zor gücü ilə erməniləri Qarabağdan çıxarmayıb. Onlar könüllü olaraq Qarabağı tərk ediblər. Bu, daha çox mövcud Ermənistan hakimiyyətinin həyata keçirdiyi bir təxribatdır və planlı şəkildə hazırlanan bir məsələdir. Təəssüflər olsun ki, bəzi Avropa dövlətləri kimi Kanada da Ermənistanın təxribatlarına uyaraq alət rolunda çıxış edir. Bütün hallarda, Kanadanın uzaq qitədən gələrək Aİ Missiyasında iştirak etməsi, canfəşanlıq göstərməsi qəbuledilməzdir. Azərbaycan regiona sülhün gəlməsini istəyir. Ermənistan isə həm təxribatlara gedir, həm də xarici dövlətləri regiona gətirir”.

Vidadi ORDAHALLI







SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728