Müdafiə naziri Kiyevdədir

Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb.
Pistorius bu gün səhər saatlarında qatarla Kiyevə gəlib.
Nəşrin məlumatına görə, onun Ukrayna prezidenti Volodimir Zelenski və ukraynalı həmkarı Rustem Umerovla danışıqları planlaşdırılıb.