Qəzzada xəstəxana yaxınlığında partlayış

Qəzza zolağının mərkəzi hissəsində xəstəxana binası yaxınlığında güclü partlayış olub.
TASS xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış Deyr əl-Bələh şəhərindəki Şuhada əl-Əqsa xəstəxanasının yaxınlığında baş verib.
Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Fələstin-İsrail toqquşması 7 oktyabrdan bəri davam edir. İndiyə kimi hər iki tərəfdən minlərlə insan həyatını itirib.