Əli Kərimli “qırt toyuq” kimi oturub televiziyanın qarşısında... - Siyavuş Novruzov

Azərbaycan ilə əlaqədar Amerika tərəfindən ədalətsiz qərar qəbul olunub.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
"Bundan sonra Azərbaycanın aparacağı müharibə diplomatiya müharibəsi olacaq. Amma təəəsüf ki, Amerikanın irəli sürdüyü qərəzli fikirlərə içimizdə olan məkirlilər də dəstək verir", - deputat vurğulayıb.
Siyavuş Novruzov AXCP sədri Əli Kərimlini də tənqid edib:
"Əli Kərimli “qırt toyuq” kimi oturub televiziyanın qarşısında Azərbaycana qarşı fikirlər səsləndirir. Bir dəfə olsun Azərbaycanın apardığı haqlı mübarizədən və s. danışmayıb”.
Deputatın sözlərinə görə, ABŞ və Avropanın siyasətini təbliğ edir, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə qarşı iş aparılır:
"Guya, azərbaycanlılar erməniləri etnik təmizləməyə məruz qoyub. Hansı ki, bunu ermənilər edib. Bunlardan bir kəlmə danışan yoxdur".