10 il əvvəl mübarizəyə başladıq - Zelenskidən xalqa müraciət

Ukrayna prezidenti Volodimir Zelenski Ləyaqət və Azadlıq Günü münasibətilə ukraynalılara və Avropa xalqlarına müraciət edib.
Bu barədə "Unian" məlumat yayıb.
"10 il əvvəl biz mübarizənin yeni səhifəsinə başladıq. 10 il əvvəl ukraynalılar ilk əks-hücumlarını həyata keçirdilər - qanunsuzluğa, bizi Avropa gələcəyindən məhrum etmək cəhdlərinə, əsarətimizə qarşı. Biz ildən-ilə, addım-addım hər şeyi edirik ki, bizim ulduzumuz, Ukraynanın ulduzu Avropa xalqlarının birliyini simvolizə edən Aİ bayrağındakı ulduzlar dairəsində parlasın.
Yalnız güclülər birləşə bilər. Azad olmaq üçün. Yeni zamanlar naminə", - müraciətdə deyilir.