Folklend məsələsinə qayıtmayacağıq - rəsmi London

"London Folklend adalarının statusu məsələsinə qayıtmaq niyyətində deyil".
Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniya baş naziri Rişi Sunakın ofisindən bildiriblər.
Açıqlama Argentinanın yeni seçilmiş prezidenti Xavyer Maylinin bəyanatlarını şərh kontekstində verilib.
Miley daha əvvəl adaların diplomatik yollarla qaytarılması üçün müxtəlif variantları nəzərdən keçirəcəyini bildirmişdi.
1982-ci ildə İngiltərə və Argentina Folklend adaları uğrunda müharibə aparıb, London qalib gəlib. 2013-cü ildə ada sakinləri referendumda Britaniyanın xaricdəki ərazisi statusunu saxlamaq üçün səs veriblər.