Makron “bir ovuc Qəzzanın” üstünə dünya koalisiyası yeritməyə çağırır - qaniçənliyin hüdudsuzluğu...

Image

Afsəddin Nəbiyev: “Fransa qarşıdurmanın daha da dərinləşməsi üçün dövlətləri güc tətbiq olunmasına sövq edir”

Fransa prezidenti Emmanuel Makron İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın İsrailə hücumundan sonra HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinə çağırıb. Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra çıxış edən Makron deyib ki, İŞİD-lə mübarizə aparan ölkələr HƏMAS-la da mübarizə aparmalıdır:

“İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır”.

Ancaq Fransadan fərqli olaraq, Türkiyə və Azərbaycan 2 dövlət prinsipini irəli sürür. Yəni İsraillə yanaşı, Fələstin dövlətinin də yaradılmasını dəstəkləyir. Həmçinin, bununla bağlı beynəlxalq konfrans çağırmağı təklif edir. Bununla yanaşı, prosesə qarant durmaq istəyir. Ancaq Türkiyə və Azərbaycandan fərqli olaraq, Fransa qarşıdurma, güc tətbiq edilməsinə önəm verir. Bir sözlə, Fransa çox dağıdıcı yol tutur, Azərbaycan və Türkiyə isə sülh yolu.

  • “HƏMAS-a qarşı mübarizə çağırışı etməklə Cənubi Qafqaz siyasətində atdığı yanlış addımları Orta Şərqdə də davam etdirir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bütün bunlar Fransanın necə qaniçən dövlət olmasının göstəricisidir: “Göründüyü kimi, bu məsələdə Fransa  İsrail-Fələstin qarşıdurmasının daha da dərinləşməsi üçün dövlətləri güc tətbiq olunmasına sövq edir. Demək olar ki, bu dövlətin mahiyyətində sülh, ədalət anlayışı tamamilə arxa plandadır. Ümumiyyətlə, əksər dünya dövlətləri bu qanlı münaqişənin dinc yollarla həllinə çağırışlar etsə də, Fransa bunun əksinə gedərək tərəf nümayiş etdirməklə münaqişəni alovlandırmağa cəhdlər etməkdədir. Bu münaqişənin dinc yollarla həll olunması üçün ən dürüst davranışı qardaş Türkiyə dövləti ilə Azərbaycan sərgiləyir. Bu münaqişənin ədalətli həll yolunun düsturu belədir. Hər iki dövlət bərabər hüquqlu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun fəaliyyətə əsaslanan  nizamlanmaya getməlidir. Yəni dağıdıcı müharibə çıxış yolu deyil. Bizim dövlət burada tərəfkeşlik nümayiş etdirmir. Biz müharibədən böyük ziyanlar çəkmiş bir dövlətik. Hələ də bu müharibənin ağrısını yaşamaqdayıq. Ümimiyyətlə, heç bir dövlətin ərazisində qanlı toqquşmaların olmasını istəmirik. Bununla belə, haqq-ədalətin tərəfindəyik. İsraillə dostluq münasibətlərimiz olduğu halda belə, dinc insanların həlak olmasına səssiz qalmırıq. Bu günlərdə Qəzzada dağıntılardan ziyan çəkən insanlara dövlətimiz humanitar yardım göndərdi. Bu kimi addımlar Azərbaycan dövlətinin  bəşəri dəyərlərə verdiyi qiymətdir. Baxmayaraq, 30 illik münaqişə dövründə biz belə yardımları görmədik. Fransa bu gün HƏMAS-a qarşı  mübarizə çağırışı etməklə Cənubi Qafqaz siyasətində atdığı yanlış addımları Orta Şərqdə də davam etdirir. Elə bu günlərdə BMT rəsmiləri həyəcan dolu çağırışlar etdiyi halda, Fransa beşliyin daimi üzvü olduğu halda münaqişənin alovlanmasına şərait yaradır. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Qutteres də İsrailin Fələstinə qarşı zorakılığına münasibət bildirərək, "Orta Şərqdə uçurumun astanasındayıq" deyib. İsraili humanitar yardım dəhlizi açmağa çağıran Quttereş Qəzzaya yardım üçün qida, su, tibbi ləvazimatlar və yanacaq ehtiyatlarının hazır olduğunu, yardımların bir neçə saat ərzində bölgəyə göndərilə biləcəyini bildirib. Fransa bu təşəbbüsləri dəstəkləmək əvəzinə, Orta Şərqin qan gölünə çevrilməsinə çalışır. Fransanın qeyri humanist davranışları bu dövlətin əsl mahiyyətini ortaya qoymuş oldu”.

Vidadi ORDAHALLI







SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728