Prezidentin təltif etdiyi Aynur Sabitova kimdir... - DOSYE

Image

Prezident İlham Əliyev Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup şəxsi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib.

Təltif olunanlar arasında Ədliyyə Nazirliyi İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi, ədliyyə müşaviri Aynur Sabitova da var.

Qeyd edək ki, Aynur Sabitova Ədliyyə Nazirliyinin mətbuatla əlaqələrini də kurasiya edir.

Aynur Sabitova həm də Azərbaycan Dillər Universitetində çalışırr.

Aynur Zakir qızı Sabitova 28 may 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis-alman dilləri fakültəsinə qəbul olunub. 1997-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub.

A.Sabitova 1997-ci ildən Dillər İnstitutunun İngilis dilinin tərcüməsi kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2003-cü ildə “Harriet Biçer Stounun əsərlərində Amerikanın sosial ziddiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edib və 2004-cü ildən İngilis dilinin tərcüməsi kafedrasında dosent vəzifəsində çalışıb.

2006-cı ildə ona Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.

2005-ci ildə A.Sabitova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub və 2009-cu ildə hüquqşünas ixtisasını bitirərək ikinci ali təhsilə yiyələnib.

Pedaqoji fəaliyyətlə yanaşı, 2011-ci ildən etibarən Bakı Hüquq Mərkəzində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

2012-ci ildə “Amerika və Azərbaycan ədəbiyyatlarında romantizm cərəyanı: tipologiyası, tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

2012-ci ildə Ədliyyə qulluğuna qəbul olunub. O, ədliyyə nazirinin əmri ilə Səadət Sarayının (Bakı nikah evi) aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib.

2013-cü ilin noyabr ayından Səadət Sarayında müdir müavini vəzifəsində çalışıb.

2014-cü ildə A.Sabitova Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. ADU-nun 06 iyul 2015-ci il tarixli Elmi şurasının qərarı ilə Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru vəzifəsinə seçilib.

Filologiya elmləri doktoru, professor Aynur Sabitova hazırda ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiridirr.

A.Sabitova elmi-pedaqoji fəaliyyəti ərzində dünya ədəbiyyatından poeziya, nəsr seçmələrini Azərbaycan dilinə tərcümə edib. Həmin tərcümələr “Xəzər”, “Azərbaycan” kimi jurnallsrda və dövrü mətbuatda dərc olunub. Onun tərcümələri Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən kitab şəklində çap olunub.

Aynur Sabitova bir sıra elmi məqalə, monoqrafiya, metodik və dərs vəsaitlərinin müəllifidir.

Ailəlidir, üç övladı var.

Aynur Sabitova tanınmış şair-tərcüməçi Zakir Fəxrinin qızıdır.

 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728