“AbzasMedia”nın baş redaktoruna ittiham irəli sürüldü

"Abzas Media” saytının baş redaktoru Sevinc Vaqifqızına cinayət işi açılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, ötən gün "Abzas Media”nın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Vəkil Elçin Sadıqov bildirib ki, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.
***
“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Sevinc Vaqifqızının yaşadığı mənzildə axtarış da aparılıb.
Vəkili bildirib ki, mənzilə baxış zamanı qanunsuz əşya aşkarlanmayıb. Bu gün S.Vaqifqızı ilə bağlı istintaq hərəkətləri keçiriləcək,
Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb.