Ermənistan Ukraynaya raket tədarük edəcək? - Açıqlama

Ermənistan Müdafiə Nazirliyi ölkənin Ukraynaya raket tədarük edəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "Armenpress"in sualını cavablandırarkən bildirib.
"Müdafiə Nazirliyinin müvafiq idarəsi sahəyə aid mətbu nəşrlərin monitorinqini aparır, zərurət və məqsədəuyğun olaraq onlara şərh verir və ya cavab verir. Bu məlumat həqiqətə uyğun deyil və biz tərəfdaşlarımızı - Ermənistan KİV-lərini xarici təbliğat mənbələrindən yalan tezislər yaymamağa çağırırıq”, - deyə qeyd olunub.