Təqaüd Proqramının ilk qalib həkimləri

Xəbər verdiyimiz kimi, 18 noyabr tarixində Berlində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu keçirilib.
Forumda Təqaüd Proqramının ilk qalibləri müəyyən olunub.
Qaliblər həkim Nərmin Quliyeva, Azərbaycan Tibb Universitetinin məzunu Gülnarə Abdullayeva və Türkiyədə təhsil alan tələbə Təbriz Məmmədlidir.
Qeyd edək ki, tədbirdə Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları iştirak ediblər.