1 dəqiqəlik sükuta görə futbolçunun vətəndaşlığı əlindən alına bilər

İsrail vətəndaşı olan fələstinəsilli futbolçu Ataa Cabirin Livanla oyunda Qəzza üçün bir dəqiqəlik sükut zamanı həlak olanların xatirəsini anması müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, İsrail mədəniyyət və idman naziri Miki Zohar futbolçunun vətəndaşlığının əlindən alınması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
"Futbol matçı zamanı Cabir İsrail tərəfinə məhəl qoymayaraq, Qəzzada həlak olanlar üçün bir dəqiqəlik sükutda iştirak edib. Bununla da o, özünü düşmənlə eyniləşdirdi", - Zohar məktubda qeyd edib.
"The Times of Israel" qəzetinin xəbərinə görə, hazırda Fələstin Milli Komandasının oyunçusu olan Cabir noyabrın 16-da Livana köçüb.