Azərbaycan 3 ölkə ilə Anlaşma Memorandumu imzaladı

Image

Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin beşinci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı isə energetika naziri Sebastian Burduja təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, təxminən bir il əvvəl ölkələrimiz vahid mövqedən çıxış edərək “yaşıl enerji” dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqlədi: “Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. “Yaşıl enerji” tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpa olunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir”.

Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə “CESI” məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlər nəzərdən keçirilib.

İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub. Birgə Müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə 4 ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropa ilə “yaşıl enerji” mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə “yaşıl enerji platforması”nın yaradılması razılaşdırılıb.

 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728