Yaponiya Şimali Koreyanın peykli raket buraxdığını açıqlayıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) özünün ilk kəşfiyyat peyki olduğu güman edilən raketini orbitə buraxıb.
Bu barədə Yaponiyanın Müdafiə və Sahil Mühafizəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya ərazisində “J-Alert” xəbərdarlıq sistemi işə düşüb. Okinava prefekturasının sakinlərindən Şimali Koreyanın raketinin dağıntılarının düşməsi halında binalara, zirzəmilərə və ya metrolara sığınmaq istənilib.
Xatırladaq ki, KXDR noyabrın 20-də Yaponiyaya noyabrın 22-dən dekabrın 1-dək hərbi peyk buraxmaq niyyətində olduğuna dair xəbərdarlıq etmişdi. Şimali Koreya hökuməti qeyd edib ki, təhlükəli zonaya Sarı dəniz və Şərqi Çin dənizinin suları, həmçinin Luson adasının şərqindəki sular daxildir.