Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.
1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub.
Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib - 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.