Aralıq dənizində zəlzələ

Aralıq dənizi sahillərində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra sahildə itki və dağıntılar barədə məlumat verilməyib.