Təmir sexində təkər partladı - Ölən var

Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində partlayış baş verib.
Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.