Fuad Muradov Qırğızıstana gedib - FOTOLAR

Image

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qırğız Respublikasına səfəri çərçivəsində paytaxt Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksini, Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbini və “İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”ni ziyarət edib.

Dövlət Komitəsindən verilən məlumata görə, komplekslə tanışlıq müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məktəbin foyesindəki büstünün böyük ehtiramla ziyarət edilməsindən və abidəsinin önünə güllərin düzülməsindən başlayıb.

Qonağı səmimiyyətlə salamlayan Məktəb-Gimnaziyanın rəhbərliyi türk dünyasının görkəmli xadimi Heydər Əliyevin büstü, onun adını daşıyan otaq, həyatını və fəaliyyətini əks etdirən stend, məktəbin 12 oktyabr 2022-ci il tarixli açılış mərasimində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı, dövlət başçımızın Bişkekə səfərini əks etdirən “Qırğızıstan-Azərbaycan Dostluğu” stendi və təhsil-tərbiyə kompleksinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Kompleksdəki dərs prosesi və burada yaradılmış şəraitlə tanışlıq zamanı şagirdlərin ifasında Azərbaycan və qırğız musiqisi, rəqsləri təqdim olunub. Komitənin adından məktəbə Azərbaycan bayrağı, milli geyim dəsti, milli musiqi əsərlərimizin notlarından ibarət kitab hədiyyə edilib.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbi ilə tanışlıq qüdrətli söz ustadının məktəbin foyesindəki büstünün ziyarəti ilə başlayıb. Sonra qırğız şagirdlərinin ifasında Qırğızıstan və Azərbaycanın Dövlət himnləri səsləndirilib, mədəni proqram və məktəbin fəaliyyətindən bəhs edən virdeoçarx nümayiş etdirilib. Məktəbdə yaradılmış şəraitlə tanışlıqdan sonra tədris ocağına Nizami Gəncəvinin alman dilinə tərcümə edilmiş kitabı və Azərbaycan milli geyimi dəsti hədiyyə edilib.

“İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”nin fəaliyyəti ilə tanışlıq zamanı açıq dərs prosesi izlənib. Şagirdlər Azərbaycan dilində müxtəlif şeirlər səsləndiriblər. Qonağa məktəbin fəaliyyət istiqamətləri, Azərbaycan dili dərsliklərinin təminatı və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Komitə sədri dərslərdə kütləviliyin təmin olunmasının, Qırğızıstanda yaşayan yeni nəsil azərbaycanlıların doğma dilimizi öyrənməsinin, valideynlərin də Azərbaycan dili dərslərində iştirakının önəmini diqqətə çatdırıb və məktəblilərin dərslər barədə fikri ilə maraqlanıb.

Komitənin adından mərkəzə dərsliklər, dərs ləvazimatları və hədiyyələr təqdim olunub. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Görüşlərdə Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin konsulu Mübariz Cəfərov, “Azəri” İctimai Birliyinin fəxri prezidenti Akif Alaferdov və “İrs” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev iştirak ediblər.

 









SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728