Rusiya və Belarusun birgə istehsal etdiyi elektrobus təqdim edilib

Rusiya-Belarus birgə istehsalı olan ilk elektrik avtobusunun təqdimatı keçirilib.
Bu barədə RİA məlumat yayıb.
Bildirilib ki, təqdimat Nijni Novqorodda baş tutub. Elektrobus 75 km/saat sürət yığa bilir.
Avtobus 75 sərnişin tutumuna malikdir və yanacaq çəni tam doldurulanda 250 km məsafə qət edə bilir.
Bu elektrobusların nə zaman istismara veriləcəyi açıqlanmayıb.