Separatçıların başçısı Rusiyaya yollandı

Beynəlxalq səviyyədə Gürcüstan torpaqları kimi tanınan ərazilərdə özünü elan etmiş separatçı Abxaziya Respublikasının prezidenti Aslan Bjaniya Moskvada işgüzar səfərdədir.
Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Səfərdə Bjaniyanı Abxaziya Dövlət Təhlükəsizlik Xidmətinin sədri Temur Axiba müşayiət edir. Bundan əvvəl Bjaniya noyabrın əvvəllərində Moskvada görüşlər keçirib.
“Səfər çərçivəsində müxtəlif dövlət qurumlarında görüşlər keçirilir”, - məlumatda deyilir.
Qeyd edək ki, Abxaziyanın müstəqilliyini 2008-ci ildən Rusiya, eləcə də Suriya kimi bir sıra Moskvayönümlü ölkələr tanıyıb.