Ukrayna parlamenti ingilis dili ilə bağlı layihə qəbul edib

Ali Rada Ukraynada ingilis dilinin istifadəsi haqqında qanun layihəsini əsas kimi qəbul edib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, 278 xalq deputatı lehinə səs verib.
Komitənin qərarı ilə kinoteatrlarda ingilisdilli filmlərin orijinal dildə, ukraynaca altyazı ilə nümayişi norması çıxarılıb. Beləliklə, layihə təmin edir:
İngilis dilinin ölkədə beynəlxalq ünsiyyət dillərindən biri statusunun rəsmi şəkildə möhkəmləndirilməsini,
Namizədlərdən ingilis dilini bilməsinin tələb olunacağı vəzifələr kateqoriyasının müəyyən edilməsini,
Dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, əhaliyə təcili yardım bölmələrinin işində, dövlət sərhədini keçərkən, təhsil, nəqliyyat və səhiyyə sahələrində ingilis dilindən istifadə xüsusiyyətlərinin standartlaşdırılmasını.