Tanınmış aktyor dünyasını dəyişdi

Məşhur ukraynalı aktyor Aleksandr Krıjanovski vəfat edib.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, o, 66 yaşında həyatını itirib.
Oğlunun sözlərinə görə, Krıjanovski infarktdan və bununla bağlı ağırlaşmalardan dünyasını dəyişib.
Vida mərasimi bu günlərdə onun son 25 ildə rejissor və bədii rəhbər vəzifələrində çalışdığı Peçerskdəki Kiyev Akademik Teatrında baş tutacaq.
Krıjanovski Ukraynanın əməkdar artisti olub. O, seriallarda, çoxlu filmlərdə rol alıb.