Mirziyoyev də Bakıya gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan lideri Kasım Jomart Tokayevin də Azərbaycana gələcəyi barədə məlumat yayılıb.