Yeni nazir Bakıdakı sərgidə - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
Sərgidə yeni təyin olunan müdafiə sənayesi naziri Vüqar Mustafayev də iştirak edib.
O, dövləti başçısına sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. təqdim edildiyi barədə məlumat verib.
Qeyd edək ki, noyabrın 18-də Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib. Onun yerinə V.Mustafayev təyin edilib.