Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib - FOTOLAR

Image

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 52-ci Milli Günü qeyd edilib.

APA xəbər verir ki, bu münasibətlə təşkil edilən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən səfir Əl Bluşi qeyd edib ki, bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan gün - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranmasının 52-ci ildönümü qeyd olunur:

“Birliyin şəfəqi 1971-ci ilin bu günündə parladı. Mən BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətləri təqdir etmək istərdim. Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”, - diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, iki ölkə vətəndaşları vizadan azad edilib, bundan başqa, bərpa olunan enerjinin istehsalı, neft-qaz və digər sahələrdə 40 sənəd, anlaşma memorandumu və sazişlər imzalanıb:

“Bu, iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmliyini əks etdirir,” - deyə Əl Bluşi qeyd edib.

Diplomat həmçinin fəxri qonaq qismində iştirak edən azərbaycanlı nazirə, eləcə də BƏƏ-nin 52-ci Milli Günü münasibətilə tədbirə verdiyi dəstəyə görə, Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirib.

Səfir əlavə edib ki, ölkəsi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi altında regional və beynəlxalq arenalarda mövqeyini, fəal rolunu gücləndirməklə, inkişaf və iqtisadi yüksəliş yolunu davam etdirir:

“BƏƏ dünya ölkələri ilə qarşılıqlı hörmət əsasında möhkəm əlaqələr qurmağa, ölkələr arasında mübahisələrin dialoq və dinc vasitələrlə həllinə sadiqliyinə, beynəlxalq sabitliyin, sülhün dəstəklənməsinə, insanların birgə yaşayışının təşviqinə töhfə verməyə müvəffəq olub. BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkədə 2023-cü ili “Sabah üçün bu gün” şüarı altında “Davamlılıq İli” elan edib. “Davamlılıq İli” BƏƏ-nin davamlılıq problemlərini həll etmək üçün beynəlxalq kollektiv fəaliyyətin gücləndirilməsində göstərdiyi səyləri və daha firavan gələcək qurmaq üçün hər kəsə fayda verən innovativ həllər axtarışında rolunu vurğulamaq məqsədi daşıyır”, - səfir bildirib.

“Bu gün BƏƏ dünya miqyasında davamlı iqtisadi inkişaf sahəsində aparıcı modelə çevrilib və iqtisadi artım, rifah və ətraf mühitin mühafizəsi arasında tarazlığa nail olmağa yönəlmiş iddialı strategiyalar qəbul edir. BƏƏ kosmosa və müxtəlif elmlərə olan marağını davam etdirir, bu sektorda qabaqcıl nəticələr əldə etməyə çalışır. Keçən ilin sentyabrında ölkə, BƏƏ astronavtı Sultan Əl Neyadinin uzun sürən kosmos səyahətindən sonra Yerə qayıtmasını, Beynəlxalq Kosmik Stansiyada uzun müddət qalan, kosmosda gəzinti həyata keçirən ilk ərəb astronavtı kimi böyük nailiyyətini qeyd edib. BƏƏ, həmçinin ən böyük və ən qabaqcıl peyklərdən biri olan “Mohammed bin Zayed sat” (MBZ-SAT) peykini 2024-cü ildə orbitə çıxarmağa hazırlaşır. Ölkəmiz kosmos sahəsində tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində elmi töhfələrini artırmağa davam edəcək. BƏƏ, ekoloji problemlərin həllinin təşviqini və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllini öz prioritetləri sırasına qoyur. BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin konfransının iyirmi səkkizinci sessiyası COP28 BƏƏ-də 30 noyabr - 12 dekabr tarixlərində “Expo City Dubai”da keçiriləcək, dünya liderləri və ekspertləri planetimizin üzləşdiyi riskləri azaltmaq istəyi ilə bir araya gələcək”, - diplomat əlavə edib.

Səfir BƏƏ-in BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinə də toxunub:

“BƏƏ Təhlükəsizlik Şurasına üzv olduğu müddətdə münaqişələrin dinc yolla həllini təşviq etmək, humanitar yardıma üstünlük vermək, sülhü qorumaq, qlobal səhiyyə və sağlamlıq böhranlarını həll etmək, bəşəriyyətə xidmət etmək üçün innovasiya imkanlarından istifadə etmək, terrorizmlə mübarizə üçün beynəlxalq sistemin inkişaf etdirilməsi kimi dövrümüzün bəzi vacib çağırışlarının həllində mühüm rol oynayıb”.

Diplomat həmçinin vurğulayıb ki, BƏƏ beynəlxalq miqyasda yardımların ən böyük donorlarından biri qismində iştirak edir.

“BƏƏ yarandığı gündən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə beynəlxalq əlaqələrini gücləndirmək və genişləndirməkdə maraqlıdır. Ölkə çoxtərəfli əməkdaşlığa möhkəm sadiqliyini əks etdirməklə və bütün sektorlarda beynəlxalq prioritetlərə nail olmaqla 150-dən çox təşkilata üzv olub. BƏƏ dünya ölkələrinin ümumi maraqlarına əsaslanan və sülhün, sabitliyin, firavanlığın, xalqların rifahının təşviqinə yönəlmiş xarici siyasətini davam etdirəcək”.



 








SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728