Oğuzda uşaq bağçası yandı - FOTOLAR

Oğuz şəhər ərazisindəki körpələr evi-uşaq bağçasında yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, gecə saatlarında yanğınla bağlı məlumat daxil olub. Dərhal FHN-in Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Yanğın yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi nəticəsində söndürülüb, eyni zamanda, yaxınlıqdakı yardımçı tikililər yanğından mühafizə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Oğuz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hadisənin elektrik naqillərində qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Hazırda yanğın hadisəsi müvafiq orqan tərəfindən araşdırılır.