Azərbaycanda yeni doğulan oğlanlar qızları sürətlə üstələyir

Azərbaycanda yeni doğulan uşaqlara arasında cinsə görə nisbət sürətlə oğlanların xeyrinə dəyişir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatına görə, 2022-ci il üzrə doğumu qeydə alınmış 122 min 846 nəfərdən 64 min 940-ı oğlan, 57 min 906- sı isə qızdır.
Ötən il cinslər arasındakı fərq 7 min 34 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib.
2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb.
Bu il doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.