Bu il Azərbaycana nə qədər maşın gətirilib?

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 9 ayda ölkəmizə 67 453 ədəd minik avtomobili gətirilib. Bu maşınlara ümumilikdə 1 091 749 400 ABŞ dolları xərclənib
Bundan başqa, 89 ədəd avtobus, 5 062 ədəd yük avtomobili də Azərbaycana idxal olunub.