Evdən təmir alətləri oğurlandı

Bakıda evdən təmir alətləri oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ramana qəsəbəsində evlərin birindən 1500 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Seyidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.