Ayın səthində ilk dəfə hidrogenin olduğunu aşkar edilib

Ayın səthindən gətirilən süxurların tədqiqi zamanı ilk dəfə onlarda hidrogenin olduğunu aşkar edilib.
Bu qənaətə ABŞ Dəniz Tədqiqat Laboratoriyasının (DTL) alimləri gəlib.
Mütəxəssislər NASA-dan alınan Ay minerallarının nümunələrini təhlil ediblər.
Tədqiqatçılar nümunələrdən birində ilk dəfə hidrogen kəşf ediblər.
“Hidrogen birbaşa Ay səthində istifadə oluna bilən bir mənbə olmaq potensialına malikdir”, - tədqiqatın aparıcı müəllifi Katerine Burqess söyləyib.