TDT-yə üzv dövlətlərin diaspor rəhbərləri Bişkekdə - FOTOLAR

Image

Noyabrın 22-də 2023-cü ildə Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 5-ci iclası keçirilib.

Toplantının gündəliyinə üzv dövlətlərin diaspor qurumları və türk diasporları arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi məsələləri daxil edilib. 

İclası giriş sözü ilə Qırğız Respublikasının əmək və sosial təminat naziri Gülnarə Batırova açıb və qonaqları salamlayıb. 

Sonra TDT baş katibi Kubanıçbek Omuraliyev gündəlikdə olan məsələlər barədə ümumi məlumat verib, hazırda dünyada gedən mürəkkəb proseslərin diasporun fəaliyyətinə də birbaşa təsir etdiyini diqqətə çatdırıb. 

Diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərləri arasında ilk çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov olub. O, gələn il TDT-nin yaranmasının 15 illiyi münasibətilə Naxçıvan şəhərində üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin görüşünün keçirilməsini, eləcə də TDT diaspor alimlərinin ümumi məlumat bazasının yaradılmasını təklif edib. 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 

İclasda Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren (Türkiyə), NAO Otandastar Fondunun prezidenti Abzal Saparbekuli (Qazaxıstan), “Vatandoşlar” İctimai Fondunun İdarə Heyətinin sədri Odilcan Sattarov (Özbəkistan), Xaricdə yaşayan Macar İcmaları məsələləri üzrə dövlət katibi Arpad Yanoş Potapi (Macarıstan) çıxış ediblər. 

“Türk diasporunun 2022–2026-cı illər üzrə Birgə Fəaliyyət Strategiyası” müzakirə olunub və Azərbaycan nümayəndə heyətinin təklifləri müsbət qarşılanıb. 

2024-cü ildə Naxçıvan şəhərində təşkil olunacaq TDT-nin 3-cü Diaspor İnstitusional Təcrübə Mübadiləsi Proqramı çərçivəsində TDT-nin yaranmasının 15 illiyi münasibətilə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin görüşünün keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, TDT (keçmiş adı – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş beynəlxalq təşkilatdır.


 









SON XƏBƏRLƏR

18.03.2024 | 22:35
Qalib Azərbaycan Ordusu!

18.03.2024 | 22:30
Fransa hökumətinin bu günki mövqeyi ölkəmiz üçün heç də yeni deyil

18.03.2024 | 21:40
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

18.03.2024 | 21:30
Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR

27.01.2024 | 20:01
“CinemaPlus”da səs-küylü “3391 kilometr” filminin qəhrəmanları ilə qala gecəsi baş tutdu - VİDEO

12.12.2023 | 12:40
Xanlar Vəliyevdən "Tərtər işi" ilə bağlı açıqlama

12.12.2023 | 11:00
Prezident Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

12.12.2023 | 11:00
YAP prezidentliyə namizədini açıqladı

12.12.2023 | 00:27
Mehriban Əliyeva 12 dekabrla bağlı paylaşım etdi - FOTO

12.12.2023 | 00:25
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2023 | 00:20
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2023 | 22:25
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

09.12.2023 | 16:18
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib

09.12.2023 | 16:15
İlham Əliyev Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

09.12.2023 | 16:10
Prezident “Euronews”a müsahibə verib - VİDEO

09.12.2023 | 11:58
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 19:41
Sahibə Qafarova Avropa Şurasının Baş katibi ilə görüşdü

08.12.2023 | 19:27
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?

08.12.2023 | 16:38
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

08.12.2023 | 16:33
Azad edilmiş ərazilərdə ilk dəfə seçki:20 min seçici səs verəcək

08.12.2023 | 16:25
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib

08.12.2023 | 16:25
Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası toplaşır - Qərar veriləcək

08.12.2023 | 15:06
Deputatlar üçün yeni qadağa

08.12.2023 | 14:11
DİN qanunsuz silah-sursatla bağlı vətəndaşlara müraciət edib - VİDEO

08.12.2023 | 13:37
Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

08.12.2023 | 13:36
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

08.12.2023 | 13:30
Prezident birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

08.12.2023 | 13:26
Prezident Avropa Şurasının Baş katibini qəbul edib

08.12.2023 | 12:15
Fazil Mustafa sədr oldu: Qənirə Paşayevanın yerinə

05.12.2023 | 22:19
MEDİA Agentliyi "Azərtac"ın əməkdaşı ilə bağlı məlumat yaydı

05.12.2023 | 21:22
Mətbuat Şurası bəyanat yaydı

05.12.2023 | 21:14
AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada saxlanılıb ölkədən çıxarıldı

05.12.2023 | 20:19
Azərbaycan Ukraynaya hərbi yardım etmir - RƏSMİ

05.12.2023 | 20:18
Azərbaycan XİN-dən Jozep Borelə cavab

05.12.2023 | 19:39
Moskvada Azərbaycan və İran XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

05.12.2023 | 17:59
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

04.12.2023 | 23:23
FIA prezidenti Bakıya gəldi - FOTOLAR

04.12.2023 | 21:16
Qəbələdəki insidentlə bağlı daha bir AÇIQLAMA

04.12.2023 | 20:59
Ermənistanın iddialarını qətiyyətlə rədd edirik - Rəsmi Bakı

04.12.2023 | 20:06
Leyla Əliyeva Dubayda iqlim dəyişiklikləri üzrə müzakirələrdə - FOTOLAR

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728