ABŞ bazası atəşə tutuldu

Suriyanın Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.
Bu barədə rus mətbuatı məlumat yayıb.
Məlumata görə, Koniko təbii qaz yatağının ərazisində yerləşən Amerika obyektinə zərbələr endirilib.
Qeyd olunur ki, Deyr əz-Zor şəhərinin kənarından hərbi bazaya doğru ümumilikdə dörd raket atılıb.